Bakıda istirahət parkında yanğın

Day.Az представляет новость на азербайджанском языке

Səhər saatlarında Səbail rayonunda istirahət parkı ərazisində yanğın faktı qeydə alınıb.

Day.Az FHN-ə istinadən bildirir ki, istirahət parkının ərazisində fəvvarələrin yeraltı filtr tənzimləyicisinin mühərriki, 1 p.m elektrik kabeli və 0.5 kv.m sahədə məişət tullantıları yanıb. Yaxınlıqdan keçən digər kommunikasiya xətləri yanğından mühafizə olunub.

Yanğın saat 09:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.