Erməni iş adamı fətullahçı çıxdı

Day.Az представляет новость на азербайджанском языке

İstanbul Süni Mayalandırma Mərkəzi Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlqədə olduğuna görə bağlanıb.

Day.Az axar.az-a istinadən bildirir ki, mərkəzin sahibi, əslən erməni olan Aret Kamar açıqlamasında xristian olduğu üçün Fətullah Gülənlə əlaqəsi olmadığını iddia edib:
 
"Mərkəzimiz Nazirlər Kabinetinin qərarı ilə bağlandığı üçün məhkəməyə də müraciət edə bilmirik".
 
Qeyd edək ki, mərkəz Səhiyyə və Maliyyə Nazirliyinin əməkdaşları tərəfindən yoxlama aparıldıqdan sonra bağlanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.