Bakının mərkəzində məşhur butik yandı

Day.Az представляет новость на азербайджанском языке.

20:59

Milli.Az Trend-ə istinadən bildirir ki,  yanğın "ISR Plaza" biznes mərkəzinə yaxın ərazidə, "Ernesro Mazzoni" geyim mağazasının anbarında qeydə alınıb.

Hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadaları tərəfindən yanğın söndürülüb. Xəsarət alan yoxdur.

İlkin ehtimala görə, yanğına elektrik xətlərindəki qısaqapanma səbəb olub.

20:58

Bakının mərkəzində, İSR Plaza holdinqinin baş ofisinin arxasındakı binalardan birində yanğın başlanıb.

Milli.Az bildirir ki, hazırda hadisə yerindəki yanğınsöndürənlər yanğını lokallaşdırmağa və söndürməyə çalışırlar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.