Alimlər pəhrizsiz arıqlamağın yeni yolunu aşkar ediblər

Day.Az представляет новость на азербайджанском языке

Yaponiya alimləri pəhrizsiz arıqlamağın yeni yolunu aşkar ediblər.

Deyerler.org-un Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, alimlərin keçirdiyi araşdırmaların nəticəsində məlum olub ki, ailə qurmaq piylənmə riskini azaldır və arıqlamağa yardım edir. Alimlər 6 il ərzində 270 nəfərə nəzarət ediblər. Həmin insanlar 2-ci dərəcə diabetdən əziyyət çəkirdilər. Bu insanları 2 qrupa bölüblər evli və subay. Nəticədə məlum olub ki, ailə qurmaq arıqlamağa çox müsbət təsir edir. Alimlər qeyd ediblər ki, həyat yoldaşları bir-birinin gözü qarşısında zərərli və kalorili qidaları yeməkdən utanırlar və məhz bu səbəbdən də onlar sağlam qidaya keçməyə məcbur qalırlar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.