Futbol tarixində ilk: hakim yaşıl kart göstərdi

Day.Az представляет новость на азербайджанском языке

Futbol tarixində ilk dəfə hakim yaşıl vərəqədən istifadə edib.

Offside.com.az xəbər verir ki, tarixi hadisə İtaliya "B" seriyasında keçirilən "Virtus Entella" - "Viçenza" oyununda yaşanıb.

Yaşıl vərəqəni "Viçenza"nın üzvü Kristian Qalano alıb. Hakim meydan sahiblərinin qapısına künc zərbəsi təyin etsə də, Qalano topun rəqib futbolçulardan kiməsə toxunmadığını bildirib.

Xatırladaq ki, 2016/17 mövsümündən "B" seriyasında yaşıl vərəqənin istifadəsi barədə qərar qəbul edilib. Vərəqə meydanda nümunəvi hərəkət edən futbolçulara göstərilir.

Показана первая зеленая карточка в истории футбола

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.