Tədbirə içkili qatılan modeldən AÇIQLAMA - YENİLƏNİB - VİDEO

1 декабря 2016 16:42

Day.Az представляет новость на азербайджанском языке

----------
16:42

Bu sözləri ötən gün "Nambə van" mükafatlandırma mərasimində içkili vəziyyətdə səhnəyə çıxdığı deyilən model Rüstəm Cəbrayılov axar.az-a danışarkən deyib. O, zalda baş verən hadisələri təsdiqləyib:

"Hə, dünən elə bir şey baş verdi, amma indi yuxuluyam, danışmaq istəmirəm. Məsələ ilə bağlı sonra geniş açıqlama verəcəyəm".

Xatırladaq ki, "Nambə van" mükafatlandırma mərasiminə içkili qatılan Rüstəm Cəbrayılov səhnəyə çıxaraq deyib:

"Mənim arxamda buradakılardan böyük insanlar durur. Ən birinci mükafat Flora Kərimovaya verilməli idi. Sona kimi oturub gözlədi hamını. Dünya üzrə modellik sahəsində birinci olmuşam. Burada mükafat alanlar məndən artıq deyil. Mənim artıq ən böyük mükafatım var. Nominasiyası olanlar məndən artıq deyillər ki, gözləmədilər getdilər. Mənim arxamda duran insanlar var".

---------

10:12

Model Rüstəm Cəbrayılov mükafatlandırma mərasimində gözlənilməz hərəkət edib.

Axşam.az-ın məlumatına görə, mükafatı almaq üçün səhnəyə çıxan model sərxoş olub. O, mükafatı alıb mərasimi tez tərk edənlərə əsəbləşib:

"Mənim arxamda buradakılardan böyük insanlar durur. Ən birinci mükafat Flora Kərimovaya verilməli idi. Sona kimi oturub gözlədi hamını. Dünya üzrə modellik sahəsində birinci olmuşam. Burada mükafat alanlar məndən artıq deyil. Mənim artıq ən böyük mükafatım var. Nominasiyası olanlar məndən artıq deyillər ki, gözləmədilər getdilər".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.

Azərbaycanlı model sərxoş olub qalmaqal yaratdı