Bıçaqlı şəxs xəstəxanaya basqın etdi: həkimi girov götürdü

Day.Az представляет новость на азербайджанском языке

Bursada dövlət xəstəxanasında bir şəxs həkimi girov götürüb.

Milli.Az hürriyet-ə istinadən xəbər verir ki, Karacabey mahalında xəstələnən oğlunu Dövlət Xəstəxanasına aparan və içkili olduğu iddia edilən E.D. təcili tibbi yardım briqadasının həkiminin boğazına bıçaq çəkərək əsir götürüb.

E.D. vəzifəlilərlə mübahisə edərək: "Növbətçi uşaq həkimini çağırın! Əgər o həkim buraya gəlməsə, bunun boğazını kəsəcəm. Öldürəcəm!" - qışqırıb.

Çağırılan polislərin təxminən 20 dəqiqə davam edən səyi nəticəsində razı salınan E.D. girov götürdüyü həkimi buraxıb təslim olub. 

O qorxunc olayın videogörüntüsünü təqdim edirik:

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:

Xəstəxanada bıçaqlı şəxs həkimi girov götürdü