İranlı turistin asılmış meyiti tapıldı - İrəvanda

Day.Az представляет новость на азербайджанском языке

Ermənistanın paytaxtı İrəvanın Ayqedzor küçəsində İran vətəndaşının cəsədi tapılıb.

Day.Az azvision.az-a istinadən xəbər verir ki, 30-35 yaşlı kimliyi açıqlanmayan şəxs qeyd edilmiş ünvanda icarə əsasında yaşayıb və Ermənistana turist kimi gəlib. 

Onu qonaq otağında kəndirlə asılmış vəziyyətdə tapıblar. İranlı turistin İrəvanda nə üçün intihar etməsi yaxud qətlə yetirilməsinin səbəbi bilinmir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.