Ölən insanın necə dirilə biləcəyi AÇIQLANDI

Day.Az представляет новость на азербайджанском языке

İnsanlar öldükdən sonra qısa zaman kəsiyində yenidən həyata qayıda bilirlər. Şimal Karolina Universitetinin məşhur professoru Robert Lansın iddialarına görə, öldükdən sonra həyata yenidən qayıda bilərik.

Day.Az istipress-ə istainadən xəbər verir ki, professor bildirib ki, ölümdən sonra insanlar qeyri-müəyyən paralel sahəyə düşür və qısa zaman kəsiyində yenidən dirilmə şansları olur.

Robert Lans bu fikri bitki və insan həyatı üzərindəkı müqayisələri əsasında irəli sürüb. Alimin fikrincə, insanlar da bitkilər kimi gələcəkdə yenidən çiçəklənmə üçün solur. Lans öz nəzəriyyəsini biosentrizma nəzəriyyəsinin köməyi ilə sübut edib.

 

ABŞ-ın Kaliforniya Universitetinin əməkdaşları paralel dünyaların mövcudluğu ilə bağlı bir sıra məlumatları təsdiqləmişdilər. Onların fikrincə, paralel dünyalarla bağlı aktivləşmə başlayıb. ABŞ və İngiltərə ərazilərində son vaxtlar tez-tez baş verən müəmmalı insan qeybolmaları isə bu fikrin üzərində durmağa ciddi əsas verir. Alimlər iddianı eyni anda iki yerdə mövcud ola bilən mikrozərrəciklərin öyrənilməsi ilə əlaqələndiriblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.