Bir mənzili ikinci dəfə yardılar
Day.Az представляет новость на азербайджанском языке:

Şamaxıda mənzillərdən birindən oğurluq edilib. Evin boş olduğunu görən oğrular qızıl-zinət əşyalarını götürüb aradan çıxıblar.

Kanal S (Region TV) xəbər verir ki, oğurluq hadisəsi axşam saatlarında Şamaxıda Azadlıq küçəsi ev 17-də qeydə alınıb. Hadisə baş verən zaman ev sahibləri qonaq gediblər. Oradan qayıdanda isə gözlərinə inanmayıblar. Naməlum şəxs və ya şəxslər şüşəni qırdıqdan sonra mənzilə daxil olub bütün əşyaları dağıdıblar. Ev sahibinin sözlərinə görə, evdən pul və qızıl əşyaları gütürülüb. Ən maraqlısı isə həmin mənzildə oxşar hadisənin bundan əvvəl də baş verməsidir.

Hadisə ilə əlaqədar Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları oğurluq baş verən mənzildə olublar. Əl izləri götürülüb, hadisəni törədənlərin tapılması yönündə operativ işlər aparılır.