Bakıda məcburi köçkünü güllələmiş şəxslər tutulublar
Day.Az представляет новость на азербайджанском языке:

Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, aprelin 15-də saat 22:50 radələrində, Şüvəlan qəsəbəsi "Gənc Kosmonavt" düşərgəsində məskunlaşmış Laçın rayon sakini Bəxtiyar Hüseynova yaşadığı evin qarşısında odlu silahdan atəş açaraq xəsarət yetirilib.

Xəzər Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinənlər - Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Abbas Arzu oğlu Dünyamalıyev və Şabran rayon sakini, 1985-ci il təvəllüdlü Elnur Gülü oğlu Xıdırov tutulub.

Elnur Xıdırov hadisə zamanı istifadə etdiyi lüləsi və qundağı kəsilmiş nömrəsi və istehsal ili silinmiş 16 çaplı təklülə ov tüfəngini könüllü təhvil verib.