Elzanın imici Aygün Kazımovanı xatırlatdı - FOTO

Day.Az представляет новость на азербайджанском языке.


Əməkdar artist Elza Seyidcahanın "Azərbaycanın səsi" verilişinin növbəti buraxılışındakı geyimi diqqət çəkib.
 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, hər zaman fərqli imiclər edən müğənni bu dəfə başına gül formasında aksessuar taxıb.
 

İfaçının bu geyimi xalq artisti Aygün Kazımovanın 2013-cü ildə kosmetika firmalarından birinin siması olarkən etdirdiyi imici xatırladıb.
 

Bununla bağlı sualları cavablandıran E.Seyidcahan bənzərliyin fərqində olduğunu vurğulayıb:

"Kiməsə bənzədilməkdən qorxmamışam. Təki həmişə yaxşı olan nəyəsə bənzətsinlər. Aygün Kazımova bu sənətdə az yeniliklər etməyib. Bəli, başımdakı gül bənzəyə bilər. Aygün xanım da illərdir modelyer Leyla Əhmədova ilə çalışıb. O, indi də mənimlə işləyir. Bu imicimin də müəllifidir. Leyla xanımın işlərindən məmnunam. Stilistimə demirəm ki, məndən başqası ilə çalışma. Paxıl deyiləm. Mən güclüyəm, özümə güvənirəm. Allah mənə bu qədər gözəllik və güc verib. Aygün Kazımova da sevdiyim ifaçıdır. Hətta bu yaxınlarda işbirliyimiz də olacaq".