Gəncədə tələbələr üçün şəhərcik salınacaq

Day.Az представляет новость на азербайджанском языке.
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, bu məqsədlə cari ildən Gəncədə tələbə şəhərciyinin tikilməsi planlaşdırılır. Bu gün gənclərin məzillə təmin olunması dövlətin ən prioritet məsələlərindən biridir. Bu istiqamətdə hökumət tərəfindən bir sıra
işlər görülür. Xüsusilə ipoteka vasitəsilə güzəştli şərtlərlə ev almağa imkan yaradılır. Ancaq bu üsul iş yerindən əmək haqqı arayışı, ilkin ödənişin artıq olması ucbatından gənc və gənc ailələr üçün maraq doğurmur.
Gəncə Şəhər Gənclər və İdman İdarəsindən aldığımız məlumata görə, Gəncədə 95 min 35 nəfər gənc, 10 min 643 gənc ailə var. Gənclərin də əksəriyyətini universitet tələbələri təşkil edir. Bildirək ki, təhsilin keyfiyyətinin artırılması üçün onların da mənzil şəraitinin yaxşılaşdırılması əsas şərtdir. Bunun üçün Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq işlər görüləcək. Burada şəhərciklərin tikilməsi də planlaşdırılır.
Gəncə Şəhər İH-nın başçısı Elmar Vəliyev: "Biz 2013-cü ildən yeni layihə hazırladıq. Gəncədə tələbə şəhərciyinin tikilməsi ilə bağlı. Kampuslarda tələbə və müəllimlərin yaşaması nəzərə alınıb. Bu da gənclərin mənzilə olan tələbatını ödəyəcək".
Yeri gəlmişkən bildirək ki, Milli Məclisin müvafiq komitəsi tərəfindən gənc və gənc ailələrin sosial təminatının gücləndirilməsi istiqamətində təkmil layihə hazırlanacaq. Bu məqsədlə bir neçə ölkənin təcrübəsi nəzərdən keçirilir. Əsasən də, Skandinaviya ölkələrində gənclər və gənc ailələrin müvəqqəti evlə təmin olunması ilə bağlı
təcrübə daha cəlbedici hesab edilir".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре