Qubada Novruza hazırlıq gedir

Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, hazırda Quba rayonunun bütün inzibati ərazi vahidliklərində Novruz şənliklərinin keçirilməsi prosesinə hazırlıq işləri görülür. Kəndlərdə qəsəbələrdə ənənəvi bayramın təşkil olunması üçün bir sıra hazırlıqlar təşkil olunub. Mart ayının 20-də isə Quba meydanında möhtəşəm Novruz şənliyi keçiriləcək. Artıq bayram tədbirinin keçirilməsi üçün lazım olan bütün hazırlıqlar sona çatdırılıb.

Bayram münasibəti ilə Quba meydanının mərkəzində tonqal qalanacaq. Bayramda zurnaçılar, rəks qrupları musiqiçilər də iştirak edəcəklər. Bayram şənliyində Quba meydanında milli adət-ənənələrimizi əks etdirən kompazisiyalar qurulacaq. Bundan başqa, milli mətbəximizin təamları və folklor nümunələri də bayram iştirakçılarına təqdim olunacaq.

Bayram şənliyində Quba alması da yaddan çıxarılmayacaq. Bayram günləri ərəfəsində Qubada kənd təsərrüfatı məhsullarının yarmarkası da təşkil olunacaq. Yarmarkalara sabahdan start veriləcək. Bayram şənliyinə Milli Məclisin deputatları və digər rəsmi dövlət qrumlarının, eləcə də xarici səfirliklərin nümayəndələri də qatılacaqlar.