Mübahisə bıçaqlanmaya səbəb oldu

Day.Az представляет новость на азербайджанском языке.

Ötən gecə Gəncədə bıçaqlanma hadisəsi baş verib. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 21 yaşlı Orxan Abbasov gecə saat 03:00 radələrində bıçaq yarası ilə Gəncə şəhər TTYX-nın cərrahiyə şöbəsinə gətirilib.

Yaralı dərhal həkimlər tərəfindən əməliyyata götürülüb. Hazırda yaralının vəziyyəti orta ağır kimi qiymətləndirilir.

İlkin məlumatlara görə, hadisə mübahisə zəminində baş verib. Araşdırma aparılır.