Bakıda təhlükəli anlar: "Nissan" avtobusun benzin çənini deşdi - VİDEO

Day.Az представляет новость на азербайджанском языке.

İzlədiyiniz bu video Bakıda qeydə alınmıh yol qəza hadisələrindən biridir. Yenə də avtobusun iştirakı ilə baş vermiş bu olayda avtobus sürücüsünün günahı olmasa da, çox ciddi səhvə yol verir və musliyyətsiz hərəkətləri ilə sərnişinlərin həyatını təhlükəyə atır.
 

Daxili İşlər Nazirliyinin "Təhlükəsiz şəhər" Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan bu hadisəyə diqqət etdikdə məlum olur ki, yüksək sürətlə hərəkətdə olan "Nisan X-trail" markalı avtomobil yolun solu ilə hərəkət edir. Sərnişin avtobusu isə orta zolaqdadır. Sağ zolaq boşdur. "Nissan"ın sürücüsü bir də onda ayılır ki, sağa getmək lazımdır və sağa-sola baxmadan, sürəti azaltmadan dərhal sağa dönür. Bu zaman ara məsafəsini və sürət həddini nəzərə almayan sürücü ağır qəzaya səbəb olur. "Nissan" arxadan avtobusa çırpılır. Zərbənin təsirindən avtobusun benzin çəni deşilir və ətrafa yanacaq axmağa başlayır. Avtobus sürücüsü bunu görsə də, sərnişinləri dərhal avtobusdan təxliyyə etmir. Belə vəziyyətdə sərnişinləri dərhal avtobusdan boşaltmaq lazım idi...
 

Asfalt üzərindəki nişanlardan məlum olur ki, "Nissan"ın hərəkət etdiyi zolaqda yalnız düzünə və sola hərəkətə icazə verilir. Sağa dönmək üçün sağ zolaqla getmək lazım idi. Yol nişanı da bunu deyir.
 

Burada incə və mühim məqam odur ki, "Nissan"ın sürüsü təhlükəsizlik kəmərindən istifadə etdiyi üçün qəzaddan xəsarətsiz ötüşə bilir.
 

Biz demirik ki, sağla gedirsənsə sola keçmək olmaz. Hamımız insanıq, səhv edə bilərik, adətən, fikirli oluruq. Amma bu o demək deyil ki, kimin kefi nə vaxt istəsə, bütün istiqamətlərə dönə bilər. Sırf bu qəzada "Nissan"ın sürücüsü normal sürət rejimi ilə getsəydi və sağa dönərkən ara məsafəsini nəzərə alsaydı, ən yaxşı halda, getdiyi yolu əvvəlcədən seçib sağ zolaqla hərəkət etsəydi, bu qəza da baş verməzdi. Qəzanın bir əsas səbəbi də odur ki, yol nişanları, nişanlanma xətləri normal çəkilmir. Yəni, bu videoda da göründüyü kimi, hərəkət istiqaməti yalnız yolayrıcında göstərilir. Əlbəttə, burada sürücü çaşa bilər. Yaxşı olardı ki, bu cür yol şəraitində yol nişanları və nişanlanma xətləri təkrarlansın. Yəni, konkret bu qəzanın baş verdiyi yerdən 20-30 metr geridə eyni xəbərdaredici nişan olsaydı, sürücü əvvəlcədən öz istiqamətini müəyyən edə bilərdi.

Аvtosfer.az

Videonu izləmək üçün şəklə klikləyin:


фото