Bakı küçələrini xüsusi texnikalar təmizləyəcək

Onlar havaların isti və soyuq keçdiyi vaxtlarda daha çox əziyyət çəkməli olurdular.Yüksək sürətli yollarda isə həyatları təhlükə qarşısında qalırdı.

Artıq Bakı küçələrini xüsusu maşınlar təmizləyəcək.Bu isə yollarda təmizlik işi aparan süprəgəçilərin işini daha da rahatlaşdıracaq.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, ilkin mərəhələdə Rusiya şirkətlərindən birindən 5 ədəd kommunal-yol maşınlarının alınması ilə bağlı razılığa gəlinib. Artıq həmin maşınların bir neçəsi Azərbaycana yola salınıb.

"Kamaz-65115" şassisində quraşdırılmış bu maşınlar möhkəm örtüklü asfalt yollarda xidmət üçün nəzərdə tutulub və heç bir mövsümi məhdudiyyətləri yoxdur. Bu maşınlardan həm şəhər, həm də şəhərətrafı yollarda istifadə etmək mümkündür. Qış aylarında bu texnika vasitəsilə şəhər küçələrini qardan təmizləmək olur. Həmçinin yeni texnika ilə yola duz və maye dəsəpmək mümkündür.

Yay aylarında isə bu maşınla yolların süpürülməsi, səkilərin, yol nişanlarının yuyulması, yol təmiri zamanı asfalt hissələrinin daşınmasında da istifadə etmək olacaq. Bütün zəruri avadanlıqla təchiz edilmiş texnika istehsalçı tərəfindən bütün sınaqlardan keçirilib.

Videonu izləmək üçün şəklə klikləyin:
Bakı küçələrini xüsusi texnikalar təmizləyəcək