Abşeronda 30 yaşlı kişi itkin düşüb - FOTO

Day.Az представляет новость на азербайджанском языке

Abşeron rayonunda 30 yaşlı kişi itkin düşüb. 

Milli.Az Report-a istinadən bildirir ki, bu barədə onun analığı Bibixanım Salmanov məlumat verib. 

Onun sözlərinə görə, Abşeron rayonunun Saray qəsəbəsi, Adil Mənsimov küçəsi 9A ünvanında yaşayan 1988-ci il təvəllüdlü Sədi Həşim oğlu Salmanov iki gündür evdən çıxıb və bir daha geri qayıtmayıb.

 

Onun ruhi xəstə və dil qüsuru olduğu da bildirilir. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.