Ramil Usubov iki generalın yerini dəyişdi

Day.Az представляет новость на азербайджанском языке

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov iki generalın yerini dəyişib.

Day.Az unikal.org-a istinadən xəbər verir ki, Ramil Usubovun əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov Çevik Polis Alayının komandiri təyin olunub.

Nazirin digər əmri ilə, Çevik Polis Alayının keçmiş komandiri, polis general-mayoru Zaur Abdullayev Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.

Xəbəri DİN-dən təsdiqləyiblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz