Yaxın vaxtlarda Azərbaycana gələn turistlərə çoxgirişli vizalar veriləcək.

Day.Az oxu.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov bildirib.

Direktor bildirib ki, "ASAN Viza" daha da təkmilləşdiriləcək:

"Hazırda "ASAN Viza" sistemi ilə Azərbaycana gələn turistlərə və ölkəyə bir dəfə girmək imkanı üçün 30 günlük viza verilir. Yəni vətəndaş ölkəyə daxil olan zaman aldığı müddət ərzindəki viza ilə ikinci dəfə ölkəyə girə bilməz. Bəzən turist 30 günlük viza ilə ölkəyə gəlir, amma bir həftə qaldıqdan sonra geri qayıdır və aldığı 30 gün müddətində yenidən ölkəyə səfər edəcəyini düşünür. Amma bu belə deyil.

Turist ölkəyə yenidən gələn zaman "ASAN Viza" sistemi vasitəsilə yeni viza almalıdır. Yeni yaradılacaq çoxgirişli viza ilə turist viza üçün müraciət edən zaman 180 gün müddət veriləcək. Həmin müddətdə turist ölkəyə istənilən sayda səfər edə biləcək. Hazırda çoxgirişli vizalar üçün texniki işlər aparılır".

Fariz Cəfərov qeyd edib ki, "ASAN Viza" rüsumu ilə bağlı Nazirlər Kabinetinə təklif verilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.