Rusiyada qar yağıb

Dünyanın ən soyuq ölkələrindən sayılan Rusiyada hava təkcə əcnəbiləri yox, bir çox hallarda rusları da təəccübləndirir. Təsəvvür edin, bu gün ölkədə qar yağıb.

Bizimyol.info xəbər verir ki, Murmansk şəhəri ağ örtüyə bürünüb. Skandinaviyadan gələn soyuq hava kütlələri öz işini görüb. Düzdür, qarın qalınlığı bir neçə santimetrlə ölçülür. Buna baxmayaraq, hava soyuyub. Yaxın günlərin də soyuq keçəcəyi gözlənilir. İndi temperatur +1 dərəcədir.

Murmansklılar nə qədər təəccüblənsələr də, həm də sevinirlər. Yayda qar görmək rusların hər nəslinə qismət olmur. Onların sosial şəbəkə hesablarını qarlı küçələrlə zəngin yeni fotolar bəzəyir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.