Bodrumda eniş zamanı təyyarənin şassisi partladı

Türkiyənin Milas-Bodrum hava limanında yerli vaxtla saat 18:00-da eniş edən təyyarənin şassisi partlayıb.

Day.Az oxu.az-a istinadla xəbər verir ki, qəza nəticəsində təyyarə enmə zolağından çıxıb. Hadisə ilə bağlı aeroportda müvəqqəti olaraq təyyarələrin uçuşu dayandırılıb.

İnsident nəticəsində xəsarət alan olmayıb. Təyyarənin özəl şirkətlərdən birinə məxsus olduğu bildirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.