İstifadəçilər "WhatsApp"ın işində problemlərlə üzləşiblər

İstifadəçilər "WhatsApp" tətbiqinin işində problemlərlə üzləşiblər.

Day.Az Trend-ə istinadla xəbər verir ki, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

Portalın məlumatına əsasən, texniki qüsurlar əsasən Almaniya, Böyük Britaniya, İtaliya, Braziliya, Kolumbiya və Peruda qeydə alınıb.

Bildirilir ki, istifadəçilərin şikayətlərinin 78 faizi ismarıcların göndərilməsi və alınması ilə bağlı problemlərlə, 18 faizi şəbəkəyə bağlanmaqla əlaqəli problemlərlə, 3 faizi isə digər istifadəçilərin son fəaliyyətlərinin göstərilməsində problemlərlə üzləşiblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.