Türkiyədə sərnişin avtobusu aşdı: çox sayda yaralı var

Türkiyənin Yozqat əyalətində sərnişin avtobusu aşıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 13 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Qəza baş verən yerə çox sayda təcili yardım briqadaları, xilasedicilər və polis cəlb edilib. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Qeyd edilir ki, avtobus Yozqat əyalətindən İstanbula gedirmiş.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.