https://news.day.az/azerinews/1282310.html
Ermənistanın Türkiyədən məhsul idxalına qadağası Türkiyə iqtisadiyyatına təsir göstərməyəcək
Ermənistanın Türkiyədən məhsul idxalına qadağası Türkiyə iqtisadiyyatına təsir göstərməyəcək
Ermənistanın Türkiyədən məhsul idxalına müvəqqəti qadağa tətbiq etməsi Türkiyə iqtisadiyyatına heç bir təsir göstərməyəcək.
Bu barədə Trend-ə Türkiyə hökumətindən bildiriblər.
Vurğulanıb ki, Türkiyədən Gürcüstan vasitəsilə Ermənistana məhsul ixracının həcmi ümumi ixracın 1 faizini də təşkil etmir:
"Türkiyə məhsullarının Ermənistanda boykot olunmasının hansısa bir formada Türkiyə iqtisadiyyatına təsir edəcəyini düşünmək absurd və gülməlidir".
Qeyd edək ki, Ermənistan hökuməti oktyabrın 21-də Türkiyədən məhsul idxalını müvəqqəti qadağan edən qərar qəbul edilib. Həmin qərar dekabrın 31-də qüvvəyə minəcək və 6 ay müddətində qüvvədə olacaq.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре