https://news.day.az/azerinews/1307467.html
Peyvənd vurdurmaq istəməyənlər cərimə olunacaq? - TƏBİB-dən CAVAB
Peyvənd vurdurmaq istəməyənlər cərimə olunacaq? - TƏBİB-dən CAVAB
Xəbər verildiyi kimi, gələn həftədən Azərbaycanda koronavirusa qarşı peyvəndləmə prosesinə start veriləcək.
İlk növbədə tibb işçiləri və yaşı 65-dən yuxarı olanların peyvəndlənməsi nəzərdə tutulur. Proses mərhələli qaydada aparılacaq və ilkin hesablamalara görə 1 il davam edəcək.
Peyvənd könüllülük prinsipi əsasında və pulsuz vurulacaq.
Maraqlıdır, peyvənddən imtinaya görə hansısa cəza nəzərdə tutulurmu?
Azerforum.com xəbər verir ki, TƏBİB-dən bu suala cavab olaraq "Vaksinasiya könüllülük prinsipinə əsaslandığı üçün hər hansı inzibati tədbirin həyata keçirilməsi nəzərdə tutulmayıb",- deyə bildirilib.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре