Qaradağda ADY-ə məxsus 2 vaqon yanıb

Paytaxtın Qaradağ rayonunda "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus dəmiryolu stansiyasının ərazisində istifadəsi dayandırılmış 2 ədəd vaqonun taxta və penoplastdan ibarət üzlüyü yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Day.Az-a verilən məlumata görə, yaxınlıqdakı digər vaqonlar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.