Prezident İlham Əliyev: Aİ-nin enerji məsələləri üzrə komissarı Azərbaycanı “ümumAvropa qaz təchizatçısı” adlandırıb

Uzun illər bundan əvvəl "Azərbaycanın nefti yoxdur" "Azərbaycanın qazı yoxdur" deyirlər. Avropa İttifaqının enerji məsələləri üzrə komissarı xanım Simson Azərbaycanı "ümumAvropa qaz təchizatçısı" adlandırıb. Bu, doğrudur.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda konfransda çıxışında qeyd edib.

Dövlətimizin başçısı deyib: "Bu yaxınlarda mən söylədim ki, biz maksimum bir neçə ilə 10 ölkəni, o cümlədən 8 Avropa ölkəsini qazla təchiz edəcəyik. Beləliklə, bu, onu göstərir ki, bizim layihələri təkcə kommersiya nöqteyi-nəzərindən deyil, həm də strateji nöqteyi-nəzərdən planlaşdırmağa ehtiyacımız var. Bu kompleksi davam etdirməyə ehtiyacımız var".