Səfir Muxtar Məmmədov İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri ilə görüşüb

Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov Knessetin deputatı, İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Vladimir Belyak ilə görüşüb.

Day.Az-ın məlumatına görə, bu səfir barədə öz "Twitter" səhifəsində yazıb.

"Knessetin deputatı, İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Vladimir Belyak ilə məhsuldar görüş keçirilib. Biz ikitərəfli əlaqələrimizi müzakirə etdik və parlamentlərarası əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğuladıq", - deyə paylaşımda bildirilib.