AZAL-ın Praqa-Bakı reysinin uçuşu gecikir

"Azərbaycan Hava Yolları" aviaşirkətinin Praqa-Bakı marşrutu üzrə həyata edən J2-110 reysinin uçuşu texniki səbəbdən gecikir.

Bu barədə Day.Az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.

Gecikmiş reysin sərnişinləri Bakı vaxtı ilə saat 23:50-də Bakıya digər təyyarə ilə yola düşəcəklər.