Məşhur aparıcı xəstəxanaya yerləşdirildi

Türkiyənin məşhur aparıcısı Reha Muxtar xəstəxanaya yerləşdirilib.  O malikanəsinin pilləkənlərindən yıxılaraq ağır xəsarət alıb və huşunu itirib.

Day.Az sfera.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Reanimasiyaya yerləşdirilən aparıcı intubasiya olunub.

Qeyd edək ki, Reha Muxtar Türkiyənin ən məşhur televiziya aparcılarından biri idi, xüsusən 1990-cı illərdə yayımlanan "Ateş Hattı" adlı proqramla tanınıb.