Azərbaycanlıların 90 faizindən çoxu Qarabağın azad edilməsi istiqamətində aparılan işləri yüksək qiymətləndirir - SWG

Azərbaycanlıların 90 faizindən çoxu Qarabağın azad edilməsi istiqamətində aparılan işləri yüksək qiymətləndiri.
Day.Az xəbər verir ki, bu barədə İtaliyanın SWG analitik agentliyinin Azərbaycanda parlament seçkiləri ərəfəsində apardığı sosial araşdırmada deyilir.
"Respondentlərin 91 faizi Qarabağın və ətraf rayonların işğaldan azad edilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirir", - araşdırmada qeyd olunur.
Qeyd edək ki, 1981-ci ildə İtaliyanın Trieste şəhərində yaradılmış SWG bazar, siyasət və cəmiyyətin tendensiyaları və dinamikasını təhlil edən bazar hesabatları, ictimai rəy və institusional qrup sorğuları, sənaye araşdırmaları və monitorinq mərkəzləri hazırlayır.
Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре