Azərbaycanda Koreya texnologiya şirkətlərinin nümayəndəliklərinin açılması imkanları müzakirə edilib - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Koreyanın İKT-nin Təşviqi Assosiasiyasının sədr müavini və baş icraçı direktoru Çhanqhi Li ilə görüş keçirilib.
Nazirlikdən Trend-ə bildirilib ki, görüşdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Azərbaycanda rəqəmsallaşma və innovasiya ekosisteminin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib.
Nazir müavini bildirib ki, 2025-ci ildə bu sahədə iki milli strategiya - "Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası" və "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası" qəbul edilib.
Eyni zamanda, görüşdə iki ölkə arasında telekommunikasiya, kibertəhlükəsizlik, süni intellekt, kadr potensialının artırılması, təlimlərin təşkili ilə bağlı əməkdaşlıq məsələləri müzakirə edilib.
Həmçinin Koreya texnologiya şirkətlərinin ölkəmizdə nümayəndəliklərinin açılması, bilikəsaslı birgə müəssisələrin yaradılması imkanları barədə fikir mübadiləsi aparılıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре