Astara Terminalının tikintisi üzrə görülən işlər açıqlanıb

Astara Terminalının (İran İslam Respublikasının ərazisində) tikintisi üzrə əsaslı işlər görüb.

Bu barədə Day.Az-a ADY-dən məlumat verilib.

Bildirilib ki, terminalın layihələndirmə işlərinin 92,5%-i, tikinti-quraşdırma işlərinin isə 80%-i başa çatdırılıb.

"Layihə çərçivəsində 1 körpü tikilib, 5 körpünün tikintisi başa çatmaq üzrədir, digərinin tikinti işlərinin 76 faizi yekunlaşıb. Terminalın inşası tam başa çatdıqdan sonra yükaşırma gücünün illik 4 milyon tona çatdırılması nəzərdə tutulur."