https://news.day.az/azerinews/1798454.html DGK İrandan gətirilən 90 milyonluq narkotiki müsadirə etdi - ABŞ səfirliyi məlumat yaydı Bu ayın əvvəlində Astara gömrükçüləri İrandan Estoniyaya gedən tranzit yükündə dəyəri 90 milyon ABŞ dolları olan böyük miqdarda heroin müsadirə ediblər. Day.Az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

DGK İrandan gətirilən 90 milyonluq narkotiki müsadirə etdi - ABŞ səfirliyi məlumat yaydı

Azərbaycanca, 28 ноября 2025 12:17 (UTC +04:00) 361
DGK İrandan gətirilən 90 milyonluq narkotiki müsadirə etdi

Bu ayın əvvəlində Astara gömrükçüləri İrandan Estoniyaya gedən tranzit yükündə dəyəri 90 milyon ABŞ dolları olan böyük miqdarda heroin müsadirə ediblər.

Day.Az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, bu təhlükəli narkotiklərin aşkar olunması, ABŞ səfirliyi nəzdində Hərbi Qrup tərəfindən 2021-ci ildə Dövlət Gömrük Komitəsinə təqdim edilmiş dəmir yol vaqonlarının stasionar tipli yoxlama baxış sistemi sayəsində mümkün olub.

"Bu əməliyyat narkotik qaçaqmalçılığına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın, xüsusilə də ABŞ-Azərbaycan tərəfdaşlığının nə qədər mühüm rol oynadığını bir daha təsdiqləyir. Ay ərzində həyata keçirilən bu uğurlu əməliyyat, ABŞ-Azərbaycan əməkdaşlığının hər iki ölkəyə fayda verdiyini və Amerika, Azərbaycan və bütün region üçün təhlükəsizliyin gücləndirilməsinə xidmət etdiyini göstərən parlaq bir nümunədir", - deyə səfirliyin məlumatında qeyd olunub.

  • DGK İrandan gətirilən 90 milyonluq narkotiki müsadirə etdi
  • DGK İrandan gətirilən 90 milyonluq narkotiki müsadirə etdi
  • DGK İrandan gətirilən 90 milyonluq narkotiki müsadirə etdi
  • DGK İrandan gətirilən 90 milyonluq narkotiki müsadirə etdi
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости