https://news.day.az/azerinews/1830763.html Şakiranın konsertinə hazırlıqlar zamanı faciə yaşanıb Dünyaca məşhur müğənni Şakiranın Braziliyada planlaşdırdığı pulsuz konsertə hazırlıqlar zamanı səhnədəki montaj işləri görən işçilərdən biri faciəvi şəkildə həlak olub. Day.Az bu barədə xarici mediaya istinadən xəbər verir. Bədbəxt hadisə bazar günü Rio-de-Janeyro şəhərinin Kopakabana çimərliyində səhnənin qurulması zamanı baş verib.

Şakiranın konsertinə hazırlıqlar zamanı faciə yaşanıb

Azərbaycanca, 27 апреля 2026 19:56 (UTC +04:00) 276
Şakiranın konsertinə hazırlıqlar zamanı faciə yaşanıb

Dünyaca məşhur müğənni Şakiranın Braziliyada planlaşdırdığı pulsuz konsertə hazırlıqlar zamanı səhnədəki montaj işləri görən işçilərdən biri faciəvi şəkildə həlak olub.

Day.Az bu barədə xarici mediaya istinadən xəbər verir.

Bədbəxt hadisə bazar günü Rio-de-Janeyro şəhərinin Kopakabana çimərliyində səhnənin qurulması zamanı baş verib.

 

İlkin məlumata görə, həmin işçinin üzərinə qaldırıcı sistemin avadanlığı aşıb. Xilasedicilər onu yaxınlıqdakı xəstəxanaya çatdırsalar da, həmin şəxs aldığı xəsarətlərdən dünyasını dəyişib.

Qeyd edək ki, mayın 2-ə təyin olunmuş açıq konsertdə yüz minlərlə insan, o cümlədən xarici turistlərin iştirakı gözlənilir. Bundan əvvəl 2025-ci ildə Madonnanın Kopakabanada verdiyi pulsuz konsertdə 2 milyondan çox insan iştirak etmişdi.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости