Azərbaycan Çinə yeni məhsullar ixrac edəcək
Azərbaycan Çinə fındıq və badam ixrac edəcək.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu fikirləri Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Bakıda 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumunun açılış mərasiminda deyib.
O bildirib ki, ölkədə ən vacib məsələlərdən biri də heyvan sağlamlığının təmin olunmasıdır:
"Azərbaycan quş qripindən və xırdabuynuzlu heyvanların taundan azad ölkə elan olunması bu sahədə olan məhsulların dünyanın bir çox ölkəsinə icracına gətirib çıxarıb. Eyni zamanda balıqlar və kürülər haqqında da eyni şeyi deyə bilərik. Dünyanın 73 ölkəsinə qida, baytarlıq və fitosanitar nəzarətində olan məhsulların ixracı uğurla həyata keçirilir. Qida və ərzaq təhküləsizliyi baxımından önəmli məsələlərdən biri heyvanların identifikasiyası həyata keçirməkdir. Bunun həyata keçirilməsi heyvanların idxal zamanı və ölkə ərazisində izlənməsinə imkan verəcək. Qida Təhlükəsizliyinin beynəlxalq standartlara uyğunlşdırılması Çin kimi ölkəyə çıxış əldə etməyə imkan yaradıb. Beləliklə, biz Çinlə badamın və fındığın icracı ilə razılıq əldə etmişik. Bir sıra ərzaq məhsulların icracı istiqamətində işlər aparılır".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре