https://news.day.az/azerinews/1836842.html Cəbrayıl rayonunda illik 2 milyon ağac tingi yetişdiriləcək - Nazir Cəbrayıl rayonu ərazisində yaradılan "Ağıllı Tingçilik Mərkəzi" regionda meşə bərpasına mühüm töhfə verəcək. Layihə çərçivəsində il ərzində 2 milyon ədədə qədər ağac tinginin yetişdirilməsi nəzərdə tutulur.

Cəbrayıl rayonunda illik 2 milyon ağac tingi yetişdiriləcək - Nazir

Azərbaycanca, 23 мая 2026 19:15 (UTC +04:00) 317
Cəbrayıl rayonunda illik 2 milyon ağac tingi yetişdiriləcək

Cəbrayıl rayonu ərazisində yaradılan "Ağıllı Tingçilik Mərkəzi" regionda meşə bərpasına mühüm töhfə verəcək. Layihə çərçivəsində il ərzində 2 milyon ədədə qədər ağac tinginin yetişdirilməsi nəzərdə tutulur.

Day.Az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Trend Beynəlxalq İnformasiya Agentliyinə və ARB24 televiziya kanalına müsahibəsində bildirib.

Nazir qeyd edib ki, 2024-cü ilin sonundan başlayaraq Meşələrin İnkişafı Xidməti böyük istixanaların quraşdırılmasına başlayıb:

"İndiyə qədər 5 böyük istixana kompleksi quraşdırılıb. Hazırda bu istixanalarda illik təxminən 1 milyon ting yetişdirilir. Mərkəzdə həm müasir üsullarla tinglərin yetişdirilməsi həyata keçiriləcək, həm də regional təlim mərkəzi kimi fəaliyyət göstərəcək. İl ərzində 2 milyon ədəd tingin yetişdirilməsi hədəflənir ki, bu da azad edilmiş ərazilərdə meşələrin yenidən qurulmasına əvəzsiz töhfə verəcək.

Eyni zamanda, başlanğıc mərhələsində olan digər alternativ layihələr də mövcuddur," - deyə nazir əlavə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости