Türkiyədə həyat yoldaşına iyrənc şəkildə işgəncə verən kişi həbs olundu - VİDEO (16+)

16 июля 2017 11:20

Day.Az представляет новость на азербайджанском языке

Türkiyədə tükürpədici və iyrənc hadisə yaşanıb.

Moderator.az xəbər verir ki, Ağrının Patnos rayonunda Mehmet Şakir adlı vətəndaş arvadı C.Ş-yə zor tətbiq edib, onu nəcis yeməyə məcbur edib. Onun arvadına ifrazat yedirtməyə çalışdığı anları telefonla videoya çəkib. Görüntülər sosial mediada yayılıb. İzləyənlərin qanını donduran görüntülərin ortaya çıxmasının ardından prokurorluq hərəkətə keçib və cani ər həbs edilib.

2 uşaq atası Mehmet Şakir kürdcə danışdığı videoda həyat yoldaşını dəyənəklə vurub təpik ataraq uşaq bezindəki nəcisi anaya yedizdirmək istəyir. Qəddar ərin təhqir və söyüşləri qarşısında xanımı təkcə yalvararaq xilas olmağa çalışır. Şakir Ş. isə "Əgər yeməsən səni parça-parça edərəm. Al bunu ye. Al ağzına qoy. Ağacı sənin belində sındırmışam, bir hissə qaldı, indi başında qıracağam. Bunu al üzünə vur, çıx get" deyir.

Həmin vəhşət dolu anların videosunu təqdim edirk:

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.