İstirahət mərkəzində 24 yaşlı gəncin meyiti tapıldı

Day.Az представляет новость на азербайджанском языке

Xaçmaz rayonu, Nabran istirahət zonasında 24 yaşlı gəncin meyit tapılıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Abdullayev Nicat Mirpaşa oğlunun meyiti istirahət mərkəzlərinin birində aşkar edilib.

Hadisə yerinə Xudat Mərkəzi Xəstəxanasının təcili yardım maşını cəlb olunsa da, N.Abdullayevin həyatını xilas etmək mümkün olmayıb.

Onun hansı şəraitdə öldüyü təyin olunan müvafiq ekspertizadan sonra məlum olacaq.

Fakt araşdırılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.