Futbolda görünməyən hadisə - Künc bayrağı ilə cəngavər kimi savaşdı

Day.Az представляет новость на азербайджанском языке

U-20 Libertadores kuboku çərçivəsində "River Pleyt" və "İndependiente de Valle " qarşı-qarşıya gəlib.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, matç 2:3 hesabı ilə qonaq komandanın xeyrinə bitsə də mətbuatda qələbədən çox oyunda baş vermiş hadisə danışılıb.

Belə ki, "İndependiente de Valle"nin futbolçusu Angelo Presiado "River Pleyt"li oyunçuların ona hücum etdiyini görərək meydanın küncünə qaçıb. Meydanda olan künc bayrağını götürərək ona hücum edən argentinalı futbolçulardan cəngavər kimi qorunmağa başlayıb. Bu da maraqlı və gülünc anların yaşanmasına səbəb olub.

Həmin maraqlı anın görüntülərini və fotolarını təqdim edirik:

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Futbolda görülməyən hadisə - Künc bayrağı ilə cəngavər kimi savaşdı