Bakıda yarmarkalar başlayır

Day.Az представляет новость на азербайджанском языке

Novruz bayramı ilə əlaqədər olaraq 4 gün ərzidən kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil ediləcək. Yarmarkalar müxtəlif şəhərlərdə fəaliyyət göstərəcək.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, Bakı ilə yanaşı bölgələrdə, eləcə də Sumqayıt şəhərində 12-ci mikrorayon ərazisində və köhnə avtovağzalın yanında da yarmarkalar olacaq. Kənd təsərrüfatı nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin sözlərinə görə yarmarkalarda nazirliyin operativ qrupları və məhsulların keyfiyyətini nəzarətdə saxlamaq üçün laboratoriyalar fəaliyyət göstərəcək.

Fermerlərin məhsullarını yarmarkada sata bilmələri üçün şərait yaradılacaq. Bu məqsədlə aqrar məhsulların satışı ilə məşğul olan şəxslər bölgələrdəki idarələrə müraciət etməlidir.

Yarmarkada neqativ halla qarşılaşacaq vətəndaşlar nazirliyin 16-52 saylı qaynar xəttinə müraciət edə bilərlər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda yarmarkalar başlayır - Ünvanlar açıqlandı