Türkiyə polisi Naxçıvanla sərhəddə əməliyyat keçiridi: 40 nəfər tutuldu

13 марта 2018 15:44

Day.Az представляет новость на азербайджанском языке

Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasındakı Dilucu gömrük-keçid məntəqəsində polisin keçirdiyi əməliyyat nəticəsində 40 nəfər şübhəli tutulub.

Day.Az report-a istinadən xəbər verir ki, onlar rüşvət almaqda şübhəli bilinirlər.

Türkiyə polisi həmin şəxslərin evlərində eyni vaxtda axtarış aparıb. Onlar saxta ixracat, fırıldaqçılıq, rüşvətxorluq və qaçaqmalçılıqda ittiham olunurlar. 

Şübhəlilər ədliyyə orqanına təhvil veriliblər. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!