Tovuzda ailə faciəsi
Day.Az представляет новость на азербайджанском языке
Tovuzda bir ailənin 5 üzvü qoyun ətindən zəhərlənib.
Day.Az APA-ya istinadən xəbər verir ki, rayonun Azadlı kənd sakini 1971-ci il təvəllüdlü Nizami Musayev, onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Zərifə Əhmədova, oğlu 1995-ci il təvəllüdlü Rövşən, qızı 1994-cü il təvəllüdlü Lalə, nəvəsi 3 yaşlı Ömər zəhərlənmə əlaməti ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər.
Onlara dərhal tibbi yardım göstərilib. Məlumata görə, ailə üzvləri qoyun əti yedikdən sonra zəhərlənmə əlamətləri hiss edərək xəstəxanaya müraciət ediblər.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре