Dənizdə batanlar xilas edilib

Day.Az представляет новость на азербайджанском языке
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda dənizdə 2 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarmış və aidiyyati üzrə təhvil veriblər.
Əməliyyat saat 13:50-də başa çatıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə Mingəçevir şəhəri, Kür çayında 1 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.
Əməliyyat saat 16:25-də başa çatıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре