"Qəzada ölən qadın bizim əməkdaşımız deyil"

Day.Az представляет новость на азербайджанском языке

Dünən Bakıda 40-45 yaşlı qadını qar təmizləyərkən maşın vurması barədə yayılan məlumatlara aydınlıq gətirilib.

Day.Az xəbər verir ki, Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini Bəxtiyar Qasımov qafqazinfo-ya açıqlamasında bildirib ki, həmin gün qeyd olunan ərazidə yolun qardan təmizlənməsi işləri aparılmayıb: "Qəzada ölən şəxs bizim əməkdaşımız deyil".

B.Qasımov bildirib ki, həmin şəxs adi vətəndaş olub və yolu piyada keçərkən qəza baş verib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.