Xarici turlara rezervasiyalar başlandı

Day.Az представляет новость на азербайджанском языке

Antalya, Bodrum, İspaniya, İtaliya, Misir və digər bir sıra ölkələrə erkən rezervasiyalar satart götürüb. 

Daha çox dəniz sahili ölkələrə edilən erkən rezervasiyalarda qiymətlər 20-50 faiz edirimlə təqdim edilir. 

Türkiyə ilə bərəbər Avropanın bir sıra ölkələrinə də erkən rezervasiya ilə turlar təqdim edilir. 

Turizimçilərin sözlərinə görə, bu qiymətlər tətil mövsümündə 2 dəfəyə qədər baha təklif edilir. 

Əvvəlki illərdən fərqli olraq, son dövrlər erkən rezervasiyada ən çox müraciət edilən ölkələrdən biri də Misirdir. Erkən rezervasiya vaxtı bu ölkələyə də qiymətlərdə 40 faizə qədər qənaət etmək mümkün olur. 

Hətta erkən rezervasiyanın başqa bir üstünlüyü isə ödənişi hissə-hissə etmək imkanıdır. 

Ümumilikdə, erkən rezervasiyalar aprelin sonuna kimi davam edir. Martın sonuna kimi 50 faizlik endirimlər, aprelin sonuna kimi isə 30 faziə qədər endirimdən yararlanma şansı təqdim edilir. 

Day.Az xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Xarici turlara rezervasiyalar başlandı - İSTİQAMƏT və QİYMƏTLƏR