Bakıda 4 maşın toqquşdu, yaralı var - FOTO Day.Az представляет новость на азербайджанском языке.

Bakının mərkəzində 4 maşının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" oxu.az-a istinadən xəbər verir ki, Şəmsi Rəhimov küçəsi ilə hərəkət edən BMW markalı avtomobil, Məmməd Araz küçəsi ilə hərəkət edən "Infinity" markalı avtomobilin qarşısına çıxaraq qəzaya səbəb olub.
 

BMW markalı avtomobili vuran "Infinty" markalı avtomobil daha sonra "Hyundai" və FİAT markalı avtomobillə toqquşub.
 

Qəza nəticəsində sürücülərdən biri başından zədə alıb.
 

Faktla bağlı araşdırma aparılır.

Böyütmək üçün şəkillərə klikləyin: