Azərbaycan-ABŞ Parlamentlərarası Əlaqələr üzrə işçi qrupunun üzvləri amerikalı həmkarları ilə görüşlər keçirmişlər

Day.Az представляет новость на азербайджанском языке.

ABŞ-da işgüzar səfərdə olan Milli Məclisin Azərbaycan-ABŞ Parlamentlərarası Əlaqələr üzrə işçi qrupunun üzvləri amerikalı həmkarları ilə görüşlər keçirmişlər.
 

17 iyul tarixində Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva ABŞ Konqresinin Nyu York ştatından olan üzvü xanım Qreys Meng (Grace Meng) ilə görüşmüş və qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
 

Millət vəkili S.Fətəliyeva qadınların Azərbaycan cəmiyyətinin bütün sferalarında təmsilçilik faizinin günü-gündən yüksəldiyini bildirərək, bu faktın təsadüf olmadığını, Azərbaycanda qadınlara seçki hüququnun Azərbaycan Demokratik Cümhuriyyəti dövründə verildiyini diqqətə çatdırmışdır. Xanım Meng Azərbaycan qadınlarının təmsilçilik faizinin yüksək olması faktından xoş mənada təəccübləndiyini bildirirmişdir.

Daha sonra Azərbaycanın ABŞ-la humanitar, sosial sahələrdə əməkdaşlığına dair fikirlər səsləndirilmişdir.