Qarpızı ilıq yemək faydalıdır! Səbəbini oxuyun
Day.Az представляет новость на азербайджанском языке
Yayın sevimli deserti olan qarpız adətən soyuq yeyilir. Lakin mütəxəssislər bunu düzgün hesab etmir.
Day.Az saglamolun.az-a istinadən bildirir ki, diyetoloqlar kəsilməmiş qarpızı ev temperaturunda saxlamağı və yeməyi tövsiyə edir. Məsələ burasındadır ki, ev temperaturunda qarpızda yetişmə prosesləri sürətlənir və bunun nəticəsində faydalı maddələrin miqdarı artır. Bu xüsusilə karotinoidlər və likopinə aidir.
Karotinoidlər orqanizmdə ən güclü antioksidant olan A vitamininə çevrilir. Bu vitamini orqanizmi sərbəst radikalların təsirindən qoruyur, bizi cavan saxlayır, gözəl dəri və yaxşı görmə üçün çox vacibdir.
Likopin damarlar və kapilyarları elastik və möhkəm edir, damarlarda xolesterinin yığılmasının qarşısını alır və bununla da ürək-damar sistemi xəstəliklərindən qoruyur. Bundan əlavə likopin kişilərdə prostat vəzi xərçənginin riskini azaldır.
Kəsilmiş qarpızı yalnız soyuducuda saxlayın və 24 saat ərzində yeyin. Bundan çox saxlamaq olmaz ki, belə qarpız ciddi zəhərlənməyə səbəb ola bilər.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре